Rusiya-Qərb münaqişəsi Ermənistan ərazisinə keçir: Bu o deməkdir ki...
Bizi izləyin

Cənubi Qafqaz

Rusiya-Qərb münaqişəsi Ermənistan ərazisinə keçir: Bu o deməkdir ki...

Rusiya ilə Qərb arasında münaqişənin Ermənistan ərazisinə keçə biləcəyi təhlükəsi var.

Publika.az xəbər verir ki, bunu müxalif “Ermənistan” fraksiyasının deputatı, “Daşnaksütyun” üzvü Armen Rüstəmyan deyib.

Avropa İttifaqı Şurasının yanvarın 23-də Ermənistanda uzunmüddətli mülki missiyanın yaradılması haqqında qərarını şərh edən erməni parlamentari deyib:

“Əgər Aİ missiyası rusların mövcudluğunu əvəz etmirsə, əksinə, onu tamamlamağa çalışırsa, xoş gəlmisiniz. Amma məntiq ondan ibarətdir ki, onlar rusların burada nə etdiyini, bu regionda təhlükə yaradır, ya yox, bunu görməyə gəlirlər. Bu o deməkdir ki, Rusiya ilə Qərb arasındakı münaqişə bizim ərazimizə keçəcək”.

Xatırladaq ki, Aİ-nin Ermənistandakı missiyasının elan edilmiş məqsədi “Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etməkdir”.

“ArmeniaOne” Teleqram kanalının bununla bağlı yazdığına görə, Aİ missiyası Ermənistan müxalifətinin bir hissəsi, ekspert icması və Moskva arasında suallar yaratmağa davam edir. Avropalılar özləri də bəyan ediblər ki, onların missiyası sülhməramlı xarakter daşımır: onlar atəşkəsin pozulmasının qarşısını almağa qadir deyillər və planlaşdırmırlar. Onların məqsədi vəziyyəti izləmək və Ermənistanla Azərbaycan arasında sülh prosesini təşviq etməkdir. Eyni zamanda, avropalılar bu yardımın konkret olaraq nədə ifadə ediləcəyini bildirmirlər.

Mənbənin sözlərinə görə, Ermənistan hakimiyyəti Rusiya ilə Qərb arasında münaqişəni hər iki tərəfdən yardım almaq imkanı hesab edir.

“Biz dəfələrlə yazmışıq ki, Nikol Paşinyanın birdən-birə bütün stullarda oturmaq cəhdi onun sonda istənilən dəstəyi itirməsinə səbəb ola bilər. Lakin vəziyyət daha da pisləşə bilər – tərəflər Ermənistan ərazisindən öz hərbi infrastrukturunun nəzarətsiz yaradılması üçün istifadə etməyə başlayacaqlar”, - məlumatda vurğulanıb.

Fevralın 7-də Almaniyanın xarici işlər naziri Annalena Berlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra Qarabağ üzrə davam edən proseslərə “Rusiyanın mənfi təsir təhlükəsi”nə işarə edib. Berlində Rusiyanın sabitliyi pozan təsiri ilə bağlı narahatlıqlar açıq şəkildə qeyd olunur.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm