İrəvan sülhlə bağlı təkliflərini Bakıya göndərəcək, ondan kənara çıxmayacağıq - Paşinyan
Bizi izləyin

Cənubi Qafqaz

İrəvan sülhlə bağlı təkliflərini Bakıya göndərəcək, ondan kənara çıxmayacağıq - Paşinyan

İrəvan tezliklə sülh müqaviləsi ilə bağlı öz cavab təkliflərini Bakıya təqdim edəcək.

Publika.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, İrəvan tezliklə Bakının sülh müqaviləsi ilə əlaqədar növbəti təklifləri ilə bağlı öz planını təqdim edəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O xatırladıb ki, Ermənistan bu yaxınlarda Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb və bununla da müzakirələr 4-cü mərhələyə keçib.

"Yaxın vaxtlarda müzakirə edib, müşahidələrimizi təqdim edəcəyik. Biz sülh gündəminə sadiqik və ondan kənara çıxmayacağıq", - Paşinyan bildirib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm