Saakaşviliyə mükafat verilməsi etiraza səbəb oldu - Aksiya başladı
Bizi izləyin

Cənubi Qafqaz

Saakaşviliyə mükafat verilməsi etiraza səbəb oldu - Aksiya başladı

Norveçin Saakaşvilini mükafatlandırması etiraza səbəb olub.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Norveçin Gürcüstandakı səfirliyi yaxınlığında sabiq prezident Mixail Saakaşviliyə "Sjur Lindebrekke" mükafatının təqdim edilməsi ilə əlaqədar aksiya başlayıb.

Mitinq iştirakçısı Tornike Molaşvili deyib: “Saakaşvilinin ona qatil damğası vurulması ilə bağlı sözlərinə gəlincə, o, şəxsən güllə atmayıb, lakin insanlar Saakaşvili rejiminin və onun əmrlərinin qurbanı olublar”.

Onun qardaşı Sulxan Molaşvili 2004-cü ildə prezident Saakaşvili dövründə həbs edilib və həbsxanada işgəncələrin qurbanı olub.

Mitinqdə olanlar tələb edirlər ki, Norveç səfiri çıxıb hökumətinin mükafat qərarında iştirakının olub-olmadığı haqda məlumat versin.

Qeyd edək ki, Mixail Saakaşvili martın 25-də Norveçdə demokratiya və insan haqları sahəsində nailiyyətlərinə görə mükafatlandırılıb.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili mükafatı gürcü xalqını təhqir etmək kimi qiymətləndirib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm