Alik Mirzəbekyan məhkəməyə çağırılacaq
Bizi izləyin

Cənubi Qafqaz

Alik Mirzəbekyan məhkəməyə çağırılacaq

Ermənistan müdafiə nazirinin keçmiş müavini Alik Mirzəbekyan məhkəməyə çağırılacaq.

Publika.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəhbəri David Tonoyan və idarənin keçmiş məmurlarının cinayət işi çərçivəsində Ermənistan müdafiə nazirinin keçmiş müavini Alik Mirzəbekyan məhkəməyə çağırılacaq. Bu barədə “Joqovurd” qəzeti öz mənbələrinə istinadən yazır.

Qeyd edək ki, Alik Mirzəbekyan 2016-cı ildə Serj Sarkisyanın əmri ilə müdafiə nazirinin müavini - maddi-texniki təchizat şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Şayiələrə görə, Mirzəbekyan silah və ərzaq tədarükünü bazar qiymətlərindən yüksək qiymətə həyata keçirib. Sursatların alınması prosesində sui-istifadə hallarına yol verilməsi faktı ilə bağlı Milli Təhlükəsizlik Xidmətinin İstintaq şöbəsində cinayət işi açılıb.

Cinayət işi çərçivəsində keçmiş müdafiə naziri David Tonoyan, Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan da daxil olmaqla yeddi nəfərə qarşı ittiham irəli sürülüb.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm