Sabiq nazirin oğluna qarşı cinayət işi açıldı
Bizi izləyin

Cənubi Qafqaz

Sabiq nazirin oğluna qarşı cinayət işi açıldı

Ermənistanın İstintaq Komitəsi keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğluna qarşı cinayət işi açıb.

Publika.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Bildirilib ki, Ara Oskanyan dələduzluqda şübhəli bilinir.

Nəşrin məlumatına görə, Oskanyan həbsdə olan əmlakı satıb, bununla bağlı hüquq-mühafizə orqanları cinayətlə bağlı açıqlama alıb.

Keçmiş nazirin oğlunun saxlanılması birinci dəfə deyil. Hələ 2017-ci ildə Ara Oskanyan və Hrant Seradaryan bir adamı borclarını ödəməyə məcbur etmək üçün oğurlamaqda şübhəli bilinərək saxlanılmışdı. Daha sonra cinayət işinə xitam verilib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm