Paşinyanın oğlunun məhkəməsində qalmaqal: Öyrədib göndəriblər
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanın oğlunun məhkəməsində qalmaqal: Öyrədib göndəriblər

Aşot Paşinyan qarşıdurmaya kifayət qədər hazırlıqlı gəlib.

Publika.az "News.am"a istinadən xəbər verir ki, bunu mayın 19-da jurnalistlərə müsahibəsində müharibədə həlak olan Jora Martirosyanın anası Qayane Akopyanın vəkili Vaan Ovannisyan deyib. O bildirib ki, Aşot Paşinyanla Qayane Akopyan arasında qarşıdurma zamanı iştirakçıların hər biri öz ifadəsində israrlı olub.

“Üstəlik, Aşot Paşinyan bu görüşə diqqətlə hazırlaşıb, hətta bizim tərəfimizdən veriləcək sualları əvvəlcədən görüb və nəzərə alıb. Məsələn, müdafiə tərəfi Tsereteli küçəsində başqa işıqforların olub-olmadığını soruşduqda, baş nazirin oğlu işıqforun olduğunu, amma yaşıl rəng yandığına görə düşə bilmədiyini dedi. O, qarşıdurmaya belə hazırlıqlı gəlmişdi", - Ovannisyan bildirib.

Qeyd edək ki, mayın 19-da İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsinin Şenqavit iqamətgahında 44 günlük müharibə zamanı həlak olan hərbçi Jora Martirosyanın anası Qayane Akopyanın həbsi ilə bağlı vəsatət qaldırılıb.

Qayane Akopyan Ermənistanın baş nazirinin oğlunu qaçırmağa cəhddə şübhəli bilinir. O, istintaq təcridxanasında etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm