Paşinyanla kilsə arasında qalmaqal bitmir: Siyasətlə məşğul olmaq üçün...
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanla kilsə arasında qalmaqal bitmir: Siyasətlə məşğul olmaq üçün...

Nikol Paşinyan Erməni Apostol Kilsəsini siyasi rəqib hesab edir.

Publika.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə görüşündə Dilicanda verilən bəyanata erməni apostol kilsəsinin reaksiyasını şərh edib. O, kilsənin bəzi nümayəndələrinin təhqiramiz ritorikaya keçdiyini bildirib.

Qeyd edək ki, bir müddət öncə Nikol Paşinyan Dilicanda "Əgər kilsə siyasətlə məşğul olmaq istəyirsə, qoy bunun üçün partiya yaratsın" fikrini səsləndirib. Onun fikrinə Eçmədzin kilsəsinin keşişinin təpkisi belə olub:

“İlahiyyatı öyrənmək istəyənlər, əlbəttə ki, təhsil səviyyəsini aşsalar və sağlamlıqlarının normal vəziyyətinə dair inandırıcı sübutlar təqdim etsələr, ilahiyyat seminariyasına daxil ola bilərlər”.

"Kilsə ilə bağlı açıqlamamla öz ruhani xidmətini mömin və vicdanla yerinə yetirən digər ruhanilərə qarşı yersiz ittihamlar üçün fon yaratmışamsa, üzr istəyirəm", - Paşinyan söyləyib.

Baş nazirin fikrincə, siyasi rəqibləri təhqir etmək yanlış addımdır: “Ümid edirəm ki, ilahiyyat seminariyasını bitirmiş və yüksək vəzifələrdə çalışan bütün şəxslər seminariyaya daxil olarkən, öz mənəvi dəyərləri ilə bağlı kifayət qədər faktlar təqdim ediblər. Əminəm ki, onlar bunu ediblər, ona görə də narahat olacaq bir şey yoxdur”.

Xatırladaq ki, Nikol Paşinyan hökuməti ilə kilsə arasında fikir ayrılıqları 2018-ci ildə hakimiyyət dəyişikliyindən dərhal sonra müzakirə olunmağa başladı. Bəzi ekspertlər hesab edirdilər ki, II Qareginə qarşı uğursuz hərəkatı məhz ölkə hakimiyyəti təşkil edib. Lakin 44 günlük müharibədən sonra kilsənin baş nazirin və onun bütün komandasının istefasını tələb etməsi ilə qarşıdurma daha da şiddətlənib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm