Paşinyanın etirafı Ermənistanı silkələyib: Qərbi Zəngəzur Respublikası yaradılacaq
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanın etirafı Ermənistanı silkələyib: Qərbi Zəngəzur Respublikası yaradılacaq

"Anklavların qaytarılmasından sonra növbəti addım qaçqınların geri qayıtması olacaq. Ermənistan ərazisində Qərbi Zəngəzur Respublikası yaradılacaq, ardınca azərbaycanlıların təhlükəsizliyi məsələsi ortaya çıxacaq".

Publika.az xəbər verir ki, bunu erməni vəkil Aram Orbelyan mayın 23-də jurnalistlərlə görüşündə deyib.

Qeyd edək ki, Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, beynəlxalq ictimaiyyətin də bunu birmənalı olaraq dəstəklədiyi barədə etirafı Ermənistan cəmiyyətində böyük çaxnaşmaya səbəb olub.

Orbelyan 30 il ərzində danşıqların hansı müsatəvidə aparıldığının da suallar doğurduğunu bildirib

“Əgər hər kəs artıq hər şeyi tanımışdısa və tanımağa heç nə yox idisə, 30 il ərzində danışıqlar nədən ibarət idi? Dağlıq Qarabağın statusu məsələsi hansı formatlarda müzakirə olunub? Madrid Prinsipləri nə ilə bağlı idi?”, - o əlavə edib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm