Cənubi Qafqaz
Ermənistan dövlətçiliyini itirir: Ovannisyan əhalini küçələrə çağırdı

Bu gün Ermənistan real dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzədir.
Publika.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın birinci xarici işlər naziri, İrs Partiyasının lideri Raffi Ovannisyan deyib. O hesab edir ki, indiki rəhbərlik Ermənistanın qarşısında duran vəzifələrin öhdəsindən gələ bilmir.
Ovannisyan baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökuməti zəif və mövcud problemləri həll etməyi bacarmayan bir siyasətçi hesab edir.
"Biz dövlətçiliyi itirmək təhlükəsi ilə üz-üzəyik. Əgər bunun qarşısını almaq üçün heç nə etməsək, ölkəni təslim etmək və mütəşəkkil şəkildə məhv etmək yolundayıq. Əminəm ki, dəyişikliklərə ehtiyacımız var", - o əlavə edib.
Ovannisyan vəziyyətdən çıxmaq üçün müxtəlif variantlar təklif edib. Məsələn, onun fikrincə, nüfuzlu ekspertlərdən və siyasətçilərdən ibarət xüsusi kollektiv şura yaratmaq lazımdır. O, əhalini küçə mübarizəsinə başlamağa da çağırıb.
Ovannisyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan daxili legitimliyini itirib və onun fəaliyyəti ölkəyə yeni itkilər və uğursuzluqlar gətirir.
"Hakimiyyət Ermənistanı “sonradan rəqiblərinə təslim olan əlil dövlət”ə çevirmək istəyir. Bu kontekstdə Azərbaycanla sülh müqaviləsi imzalansa belə, vəziyyətdən xilas olmayacağıq və Paşinyanın “məğlubiyyət siyasəti” istənilən halda müharibəyə gətirib çıxaracaq”, - Ovannisyan yekunlaşdırıb.
Mehti Kamiloğlu

-
Magazin204:59
Aralarındakı problemin əsas səbəbi bəlli oldu
-
Magazin129 May 22:31
“Barbie” Aygün Kazımova... - FOTO
-
İdman29 May 20:40
Rövnəq Abdullayevə etiraz etdilər, fitə basdılar - VİDEO
-
Nida Xəbər 29 May 19:12
Müdafiə Nazirliyi məlumat yaydı
-
Nida Xəbər 29 May 19:08
Elxan Qasımov vəfat etdi - FOTO
-
Magazin129 May 18:38
Həbs edilən azərbaycanlı repçi azadlığa çıxdı - VİDEO
-
Region29 May 17:45
Rusiya NATO ilə müharibə edə bilər
-
Magazin229 May 17:20
Oktay Kaynarcadan üzücü xəbər