İrəvanda kütləvi etiraz aksiyası başladı
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanda kütləvi etiraz aksiyası başladı

İrəvanın mərkəzindəki Respublika meydanında kütləvi etiraz aksiyası başlayıb.

Publika.az xəbər verir ki. bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.

Küçələrə çıxanlar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

Jurnalistin sözlərinə görə, hökumət binasının yerləşdiyi meydanda mindən çox insan var. Etirazçılar ərazini doldurmağa davam edir. Mydanda yerləşən Ermənistan Tarixi Muzeyinin qarşısında tamaşalar üçün avadanlıq quraşdırılıb.

Hökumət binasının girişində bir neçə cərgə polis yerləşdirilib. Amma nümayişçilər onun qarşısına deyil, meydanın mərkəzi hissəsində müvəqqəti səhnənin qarşısına toplaşırlar.

Hələlik ərazidə vəziyyət sakitdir.

Qeyd edək ki, sentyabrın 22-də İrəvanda keçirilən etiraz aksiyalarında 98 nəfər saxlanılıb .

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm