Cənubi Qafqaz
Müxalifət liderləri Kobaxidze ilə teledebatdan yayındılar
Gürcüstanın tanınmış müxalifət liderləri- keçmiş xarici işlər naziri Mixail Canalidze və keçmiş müdafiə naziri Tinatin Xidaşeli Baş nazir İrakli Kobaxidze ilə teledebatdan yayınıblar.
Publika.az xəbər verir ki, onlar bu addımı teledebata bir neçə saat qalmış atıblar.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 3-də bəyanatla çıxış edərək hakim komandanın noyabrın 28-də verdiyi açıqlamaya etiraz edən insanlarla ictimai müzakirələr keçirməyə hazır olduğunu bəyan edib və müxalifət liderlərini ölkənin İctimai Televiziyasında (1tv.ge) teledebata çağırmışdı.
Dekabrın 3-də müxalifət nümayəndələri Mixail Canalidze və Tinatin Xidaşeli teledebatda iştirak edəcəklərini bildirmişdilər. Teledebat dekabrın 4-də saat 22:00-a təyin olunmuşdu. Bu gün günün ikinci yarısında isə hər iki müxalifət lider debatdan imtina ediblər.
Baş nazir İrakli Kobaxidze bununla əlaqədar keçirdiyi brifinqdə deyib ki, “radikal müxalifət” dəqiq bilir ki, onların deməyə sözü yoxdur:“Bu iki şəxs iki arifmetik orta “millətli”dir. Biz düşünürdük ki, onlarla müzakirə ictimaiyyətə həqiqəti müəyyən etməyə imkan verərdi. Onların ictimai müzakirədən imtina etməsi yalnız bir şey deməkdir - həqiqət bizim tərəfimizdədir və hər hansı ictimai müzakirədən məhz buna görə qorxurlar”.
-
MDB11:17Rusiya ordusu: Lokomotivləri məhv etdik
-
Avropa10:41Makrondan NATO və atəşkəs mesajı: "Daha irəli getmək lazımdır"
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı
-
İdman07:30“Qalatasaray” onun transferi üçün yenidən hərəkətə keçir























.png)
















