Cənubi Qafqaz
Paşinyan Türkiyə ilə gizli görüşlər keçirir - sərhəddəki məxfi iclasın DETALLARI
Ermənistan və Türkiyə arasında gizli əlaqələrin qurulduğuna dair məlumatlar yayılıb.
Publika.az xəbər verir ki, bu haqda iddia ilk dəfə noyabrın 14-də “Hrakarak” nəşri tərəfindən ortaya atılıb.
Dünən nəşrin məsələni yenidən gündəmə gətirməsindən sonra Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan bunu təsdiq edib. Rubinyan bildirib ki, iki ölkənin bir sıra qurumlarının nümayəndələri arasında görüşlər keçirilib.
“Axurik/Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin fəaliyyət göstərməsinə imkan yaradacaq texniki ehtiyaclar müzakirə edilib. Görüş müsbət və konstruktiv atmosferdə keçirilib”, - o bildirib.
“Hraparak” yazırdı ki, Türkiyənin Akyaka kəndində Ermənistan və Türkiyə xarici işlər nazirləri müavinlərinin gizli görüşü keçirilib. Mənbə nəşrə bildirib ki, Ermənistan nümayəndə heyətinin tərkibi Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin nümayəndələri də daxil olmaqla 10 nəfərə yaxın olub. Bir neçə saat davam edən görüşdə Gümrü-Qars dəmir yolunun açılması məsələsi müzakirə edilib.
Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədin açılması, münasibətlərin normallaşmasında şərt irəli sürür. Bu, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından ibarətdir.
Erməni politoloq Armen Manvelyan da hesab edir ki, Ankara və İrəvan arasında təmaslar olsa da, Bakının şərtləri çərçivəsində sülh sazişi imzalanmadan Türkiyə sərhədləri açmayacaq.
“Türkiyənin prioritetləri dəyişməyib. Söhbət Ermənistanın növbəti kapitulyasiyaya imza atmasından gedir. İrəvan Bakının bütün tələblərini qəbul edikdən sonra Ankara münasibətlərin normallaşmasına başlayacaq”, - o bildirib.
Asif
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi














.jpg)






















