Cənubi Qafqaz
Mən Tixanovskaya deyiləm, bunu etməyəcəm - Zurabişvili
Səlahiyyət müddətim bitdikdən sonra Gürcüstanı tərk etmək niyyətində deyiləm.
Publika.az xəbər verir ki, bunu dekabrın 29-da səlahiyyət müddəti başa çatan Gürcüstan prezidenti Salome Zurabişvili belaruslu müxalifətçi Svetlana Tixanovskayanın təcrübəsinə istinad edərək deyib.
“Gürcüstanı tərk etmək məsələsi mənim üçün müzakirə olunmur. Mən burada qalıram. Mən Tixanovskaya və ya mühacirətdə olan Venesuela prezidenti, xaricdə tanınmağa başlayan Edmundo Qonzales kimi şəxsiyyət olmağa can atmıram. Saxarov mükafatının öz ölkəsindən kənarda verilməsinə dair nümunələri də bilirəm. Ancaq mən bunu qətiyyən istəmirəm”, - Zurabişvili Polşanın “TVP World” kanalına müsahibəsində gələcək planları ilə bağlı sualı belə cavablandırıb.
O, vətəndaşlara müraciət edərək, Gürcüstanın hazırkı hakimiyyətinə qarşı çıxmaqda onun səylərini dəstəkləməyə çağırıb və vəziyyət dəyişəndə belə dəstəyə ehtiyac olmayacağını vurğulayıb.
Zurabişvili 1921-ci ildə Gürcüstanın sovetləşdirilməsi zamanı qohumlarının başına gəldiyi kimi, repressiya qorxusundan ölkəni tərk etmək fikrində olmadığını da vurğulayıb.
Akqabay
-
Hadisə12:50Deputatın düşdüyü qəzanın görüntüləri yayıldı - VİDEO
-
Hadisə12:08Sosial Xidmətlər Agentliyinin əməkdaşı qəfil vəfat etdi - FOTO
-
MDB11:51Rusiya paytaxtında həyəcanlı anlar: Bina gülləbaran edildi - VİDEO
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi























.png)











