Cənubi Qafqaz
Paşinyan Ankaraya üz tutdu, Moskva isə əks addım atacaq
Nikol Paşinyan noyabrın 10-11-də keçiriləcək “Suverenlikdən əməkdaşlığa doğru” adlı 9-cu Paris Sülh Forumunda iştirak etmək üçün Fransaya işgüzar səfərə gedib. O, Parisdən birbaşa Antalyaya yollanaraq COP31-də iştirak edəcək və həmin günlərdə Moskvada keçiriləcək KTMT sammitində iştirak etməyəcək.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
"Rusiya ilə Türkiyə arasında seçim məsələsində Ermənistan hakimiyyəti sonuncunun xeyrinə mövqe tutur, hətta Rusiyanı Ermənistanı KTMT-dən özünün çıxarmasına təhrik etməyə çalışır. Lakin Rusiya əks tədbir düşünüb: Ermənistanı təşkilatdan çıxarmaq əvəzinə, “Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi” barədə qərar qəbul ediləcək. Beləliklə, yekun qərarın verilməsi Paşinyanın öz öhdəsinə buraxılacaq.
Avqustun sonunda Nikol Paşinyan Ermənistanın KTMT-də fəaliyyətini fəallaşdırmaq niyyətində olmadığını vurğulayıb", - qəzetin məqaləsində bildirilib.
“Təşkilat Ermənistan Respublikasını xaric etmək qərarına gəlsəydi, buna çox sevinərdim. Ən azı, beləliklə, təşkilatdan çıxmaq və ya çıxmamaq dilemmasından xilas olardıq”, – deyə Ermənistan lideri qeyd edib.
Hüseyn İbadlı
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz




















.png)

















