Cənubi Qafqaz
Ermənistan məhkəməsi II Qareginin qardaşına və oğluna hökm oxudu
Ermənistanda bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan üç il müddətinə şərti azadlıqdan məhrum edilib.
Publika.az xəbər verir ki, bu barədə hakim Gevorq Manukyan məlumat verib.
“Gevorq Nersisyana üç il sınaq müddəti olmaqla şərti azadlıqdan məhrumetmə cəzası təyin edilsin”, – deyə hakim bildirib.
Onun qardaşı oğlu Hambartsum Nersisyana isə üç il beş ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzanın çəkilməsi övladı altı yaşına çatanadək təxirə salınıb.
İttihamlar bələdiyyə deputatlığına namizəd Arutyun Mkrtçyanın şikayətindən sonra irəli sürülüb. O, noyabrın 1-də Gevorq Nersisyanın və oğullarının seçkiqabağı təşviqatın aparılmasına mane olduğunu bildirib. Lakin müdafiə tərəfi hər hansı münaqişənin baş vermədiyini iddia edir. Müşahidə kameralarının görüntülərinə əsasən, katolikosun qohumları sadəcə “Respublika” partiyasının seçkiqabağı toplantısında iştirak etməkdən imtina ediblər.
Məhkəmə prosesi kilsə rəhbəri ilə hakimiyyət arasında uzun müddətdir davam edən siyasi münaqişə fonunda keçirilir. Ermənistanın Baş naziri Nikol Paşinyan aralarındakı ciddi fikir ayrılıqlarına görə II Qareginin istefasına nail olmağa çalışır. Münaqişənin əsas səbəblərindən biri katolikosun 2020-ci ildə Qarabağda vəziyyətin gərginləşməsindən sonra baş nazirin istefasına çağırış etməsi olub.
Hüseyn İbadlı
-
Region20:40Türkiyədə helikopter qəzaya uğradı - FOTO
-
Sosial20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR







































