“Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu başa çatdı - FOTOLAR
Bizi izləyin

Stringer.az

“Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu başa çatdı - FOTOLAR

16-19 iyun tarixləri aralığında Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu təşkil edilib.

Publika.az “Yenicag.az”a istinadla xəbər verir ki, Forum iştirakçıları əvvəlcə Medianın İnkişafı Agentliyində olublar. Görüşdə Türkiyə-Azərbaycan media platforması çərçivəsində ölkələrimiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ortaq mədəni dəyərlərin təbliği istiqamətində “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun əhəmiyyəti vurğulanıb, həmçinin qonaqlara Agentliyin fəaliyyəti, gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.

Görüş zamanı türk dövlətlərinin media əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İyunun 17-də isə türkiyəli jurnalistlər QHT Agentliyinin rəhbərliyi tərəfindən qəbul ediliblər. İcraçı direktor Aygün Əliyeva Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. O bildirib ki, bu gün dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluq-qardaşlığı bütün istiqamətlərdə əməkdaşlıqda özünü təsdiq edir.

Daha sonra Anadolu Yayımçılar Dərnəyinin sədri, nümayəndə heyətinin rəhbəri Sinan Burhan səmimi qəbula görə Agentliyə təşəkkür edib və bildirib ki, bütün sahələrdə olduğu kimi media sahəsində də birgə uğurlara imza atılacaq.

Çıxış edən “Yeni Çağ” Media Qrupunun sədri Aqil Ələsgər forumun iştirakçılarını səmimi qəbulu üçün Agentliyə təşəkkürünü bildirib.

Forum başlamamışdan öncə “Yeni Çağ” Media Qrupu ilə Anadolu Yayımçılar Dərnəyi arasında anlaşma protokolu imzalanıb.

“Yeni Çağ” Media Qrupunun ofisində baş tutan imza mərasimində bildirilib ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksələn xətlə inkişafı və bütün sahələr üzrə ikitərəfli əlaqələrin genişlənməsi, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərin iki qardaş ölkənin əməkdaşlıq müstəvisində yeni imkanların yaranması, mövcud şəraitdə Azərbaycan ilə Türkiyənin ümumi maraqlarının və birgə mənafelərinin qorunmasında yeni çağırışların aktuallaşması Türkiyə ilə Azərbaycan arasında media və QHT sektorunun yerli, bölgəsəl və qlobal miqyasda fəallığı artırmasının zəruriliyini şərtləndirir.

“Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun ilk günündə “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, AYD sədri Sinan Burhan, ATEV sədri Tənzilə Rüstəmxanlı, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli açılış çıxışlarını edərək Türkiyə ilə Azərbaycan arasındakı media əlaqələrindən bəhs edib, keçirilən Forumun önəminə diqqət çəkiblər.

Açılış nitqlərindən sonra Forum öz işini “Qarabağ Zəfərində Azərbaycan-Türkiyə Mediasının Rolu” və “Türk Dünyası Media Əməkdaşlığı Axtarışları” başlıqlı panel müzakirələrilə davam etdirib.

“Ülke TV”nin rəhbəri Həsən Öztürkün moderatorluğu ilə keçirilən birinci paneldə millət vəkili Sabir Rüstəmxanlı, “Takvim” qəzetinin Ankara nümayəndəsi Əkrəm Kızıltaş, “CNN Türk” spikeri Güngör Yavuzaslan, “Haber 7″nin rəhbəri Osman Atəşli, “Real” Televiziyasının rəhbəri Mir Şahin Ağayev çıxış ediblər. Müzakirədə Vətən müharibəsi zamanı və ondan sonra həqiqətlərin dünyaya çatdırılmasında hər iki ölkə mediasının gördüyü işlər ətrafında fikir mübadiləsi aparılıb.

Emin Pazarcının moderatorluğu ilə keçirilən ikinci paneldə “Türkiyə” qəzeti yazarı Rahim Ər, “Kon TV”nin rəhbəri Yaşar Toy, “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy, “Aydınlık” qəzetinin əməkdaşı Qaffar Yakınca və Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək türk dövlətləri arasında media sahəsindəki əməkdaşlığın mövcud durumu və perspektivləri haqqında müzakirələr aparıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm