“TeatrPlyus” nəyə xidmət göstərəcək?
Bizi izləyin

Tabloid.az

“TeatrPlyus” nəyə xidmət göstərəcək?

“TeatrPlyus” nəyə xidmət göstərəcək?

Azərbaycanda teatr sənətinə həsr olunmuş “TeatrPlyus” (www.teatrplyus.az) adlı yeni mədəniyyət və incəsənət portalı istifadəyə verilib. Layihənin fəaliyyətində başlıca məqsəd, teatr sənətinin təbliği, ölkədə və dünyada baş verən teatr prosesinin fiksasiyası, eləcə də mədəniyyət və incəsənətin digər sahələrini əhatə edən məlumatları oxucularla bölüşməkdən ibarətdir.

Dünya təcrübəsi göstərir ki, teatr prosesini işıqlandıran dərgilər, o cümlədən elektron nəşrlər teatr sənətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu baxımdan dünya teatrının müsbət örnəklərindən faydalanaraq tərtib edilmiş “TeatrPlyus” portalı ölkəmizdə teatr jurnalistikası sahəsində mövcud boşluğun aradan götürülməsinə göstərəcəyi xidmətlərilə Azərbaycan teatrının inkişafında da müəyyən rol oynayacaq.

Adından da göründüyü kimi, veb-sayt təkcə teatr sənətini deyil, eyni zamanda bütünlükdə incəsənəti, mədəniyyəti əhatə edir. Saytın plyus bölməsində ədəbiyyat, kino, musiqi, təsviri sənət, turizm, şou-biznes sahələri üzrə də məlumatlar yerləşdiriləcək. Habelə, Multimedia bölməsi var ki, bu da istifadəçilərə teatr sənətinə dair nadir Audio, Video və Foto nümunələrilə tanlşlıq imkanı qazandırır.

Daim zənginləşəcək Kitabxana bölməsi isə sənətsevərlər üçün əsl hədiyyə hesab oluna bilər. Bu bölmədə teatr sənətinə, eləcə də mədəniyyətin digər sahələrinə həsr olunmuş azərbaycan, rus və ingilis dilində kitablar yerləşdirilib. Saytın mütəmadi şəkildə yenilənməsi və təkmilləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, gələcəkdə TeatrPlyus internet televiziyasının da yaradılması nəzərdə tutulub.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm