Acun Ilıcalı Utopia-nı aldı - FOTO
Bizi izləyin

Tabloid.az

Acun Ilıcalı Utopia-nı aldı - FOTO

Türkiyənin ən məşhur prodüser və aparıcılarından olan Acun Ilıcalı TV8 telekanalını satın alandan sonra ciddi yeniliklərə başlayıb.

O, Hollandiyanın ən populyar realiti-şoularından biri Utopia-nın Türkiyədə yayım haqqını satın alıb.


Şou yeni mövsümdən etibarən TV8 telekanalında göstəriləcək.


Milli.Az AHT-yə istinadən bildirir ki, Utopia-nın Türkiyədə yayım haqqının Acun Ilıcalı tərəfindən alınmasını "John de Mols" şirkəti təsdiqləyib.

Utopia şousunda 15 nəfər bir il ərzində uzaq bir yerdə yaşayır. Onların yaşamı sutkada 24 saat 360 videokamera tərəfindən fasiləsiz çəkilir.

İnternetdə müəyyən məbləğ ödəyən hər kəs şoudakı kameralardan birinə qoşularaq Utopia-nın iştirakçılarını seyr edə bilər.


Şouda adətən iki anqarda yaşayan 15 nəfərə iki inək, 25 toyuq, bir neçə əşya və kənd təsərrüfatı ilə məşğul olmaq üçün ərazi ayrılır. Onlar yaşamaq üçün kəndli həyatı sürməlidirlər.


Ayda bir iştirakçı şounu tərk etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm