İradə İsaq: "Jurnalist qız özü sərxoş idi" – VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Tabloid.az

İradə İsaq: "Jurnalist qız özü sərxoş idi" – VİDEO (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, reper Hüseyn Dərya ATV telekanalında İradə İsaqın aparıcılığı ilə yayımlanan “Düz üzünə” verilişinin qonağı olub.

Xəbər verdiyimiz kimi, reper Hüseyn Dərya ATV telekanalında İradə İsaqın aparıcılığı ilə yayımlanan “Düz üzünə” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, reper verilişdə bir sıra məqamlara toxunub. O, həmkarı Anar Nağılbazın yalan danışdığını əsas gətirərək barəsində təhqiredici ifadələrə yol verib. Həmçinin Murad Dadaşov haqda danışan Hüseyn bildirib ki, bir müddət əvvəl şoumen onun konsertini təşkil etsə də, heç bir qonorar ödəməyib.

“Düz üzünə” ilə bağlı digər nüanslara aydınlıq gəlib. Verilişdə ekspert qismində iştirak edən jurnalist Ülviyyə Alovlu showlife.az-a deyib ki, Hüseyn Dərya içkili olub:

“Etiraf edirəm ki, Hüseyn Dərya haqda baxdığınız, mənim də ekspert kimi iştirak etdiyim verilişə Hüseyn sərxoş halda gəlmişdi. O qədər içmişdi ki, alkoqolun iyindən ona yaxın durmaq olmurdu. Odur ki, onun qeyri-adekvat hərəkətləri, ziyarətlərə and içməkləri ciddi qəbul edilməməlidir və ümumiyyətlə, hesab edirəm ki, sərxoş insanları efirə buraxmaq olmaz”.

Məsələyə verilişin aparıcısı İradə İsaq da münasibət bildirib. Xanım aparıcı Facebook səhfəsində yazdığı statusda qeyd edib ki, əslində Hüseyn Dərya yox, jurnalist içkili olub, özünü qeyri-etik aparıb. İradə İsaqın yazdığı statusu təqdim edirik:

“Əziz dostlarım, sabah Hüseyn Dərya ilə bağlı veriliş tam formatda, yəni montajsız olaraq Youtube-yə qoyulacaq. Jurnalistin studiyada özünü apara bilmədiyinə görə verilişdən kənərlaşdırılma səbəbi də sizə aydın olacaq.

Ucuz qisasa əl atan xanım, orda Tahirə Məmmədqızı və Alim Nəbioğlu, Aynur Nadirqızı kimi illərini bu sahəyə vermiş usta şhouyazar şahidlər var.

Şükür ki, bütün veriliş montajsız halda məndədir. Özünüzü etik qaydalara və efir mədəniyyətinə uyğun aparmamışdınız.

Montajda bacardığımız qədər sizin mədəniyyətsiz hərəkətlərinizi göstərməməyə çalışdıq. Əgər kartların açılmasını istəyirsinizsə mən etiraz etmirəm, gəlin açaq. Uduzan təbii ki, biz olmayacağıq.

)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm