Londonda azərbaycanlı qızın “Arzular"ı təqdim olunub - Foto
Bizi izləyin

Tabloid.az

Londonda azərbaycanlı qızın “Arzular"ı təqdim olunub - Foto

Londonda azərbaycanlı qızın “Arzular"ı təqdim olunub - Foto

Martın 12-də Londonda yaşayan azərbaycanlı skripkaçı Nəzrin Rəşidova bolqarıstanlı gitara ustası Stanislav Xvarçilkov ilə birgə xüsusi konsert proqramı ilə çıxış edərək “Dreams” adlı albomun təqdimat mərasimi keçirilmişdir. Təxminən 120 musiqisevərin iştirakı ilə keçirilən konsert Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sponsorluğu ilə təşkil olunub. Cəmiyyətdən Publika.Az-a verilən xəbrə görə, musiqili gecə həm də “TEAS təqdim edir” seriyasından olan mədəniyyət tədbirlərinin başlanğıcı idi.

Təqdimat mərasimində çıxış edən AAC-ın incəsənət və mədəniyyət məsələləri üzrə müşaviri Sabina Rakçeyeva bildirdi ki. bu qəbildən olan mədəniyyət tədbirləri çərçivəsində konsertlər, sərgilər və kitab təqdimatlarının keçirilməsi planlaşdırılır. O qeyd edib ki, Nəzrin Rəşidova Azərbaycanın parlaq və gənc musiqiçilərindən biridir. Musiqiçi ailəsində böyümüş Nəzrinin Bakıda Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində ilk ifaları haqqında söz açan Rakçeyeva vurğuladı ki, o zamandan bəri o, sürətlə inkişaf edərək qeyri-adi musiqiçiyə çevrilib. Nəzrin Rəşidova Böyük Britaniyada yeganə simli alətlərdən ibarət “FeMusa” qadın ansamblını təsis edib.

Konsertdə görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin klassik mahnılarına musiqiçilərin özlərinin aranjeman etdikləri musiqi parçaları səsləndirilib.

“Sarı Gəlin”, “Bakı”, “Azərbaycan” və albomun adı ilə də üst-üstə düşən “Arzular” (Dreams) mahnalarının ifası salondakı tamaşaçıları hərəkətə gətirdi. Musiqiçilərin ifası gurultulu alqışlarla qarşılanıb. Xüsusilə də uşaqlıqdan bu mahnıların sədaları altında böyümüş azərbaycanlı tamaşaçıları daha çox coşdurub.

“Dreams” albomunu online əldə etmək istəyənlər aşağıdakı keçidi ziyarət edə bilərlər: http://bit.ly/nazrincd.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm