Tabloid.az
Azərbaycanlı və fransız uşaqlar üçün yumurta boyama dərnəyi təşkil edilib
Paris Azərbaycan Evi Novruz bayramı münasibətilə "Milli adət-ənənələrimizi unutmayaq" adlı layihəsi çərçivəsində Azərbaycanın UNESCO yanındakı Daimi nümayəndəliyinin dəstəyi ilə UNESCO-nun binasında azərbaycanlı və fransız uşaqlar üçün yumurta boyama dərnəyi təşkil edib.
Azərbaycan Evinin məqsədlərindən biri də milli adət-ənənələrin
kiçik yaşlı azərbaycanlı soydaşlarımıza, eyni zamanda, fransızlara
öyrədilməsidir.
Layihənin rəhbəri, Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva
uşaqlara Novruz bayramı haqqında geniş məlumat verib.
Tədbirin fəxri qonağı məşhur rəssam Əsmər Nərimanbəyova uşaqlara
günəş, buta, səməni, alov kimi milli naxışları əks etdirən
nümunələr təqdim edib.
Azərbaycan Evinin incəsənət üzrə məsləhətçisi rəssam Mehri Quliyeva
və təşkilatın sədr müavini Jalə Babayeva da uşaqlara bəzəmə işində
məsləhətlər verib və naxışlar barədə məlumatlandırıb.
Sonda uşaqlar Novruz süfrəsini əks etdirən ləziz Novruz
təamlarından şəkərbura, paxlava və digər bayram təamları ilə xonça
bəzədilməsində iştirak ediblər.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu