Tabloid.az
Bu gün torpaq çərşənbəsidir - İlaxır çərşənbədir
Xalq ədət-ənənəsinə görə Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir.
Xalq mövhumatına əsasən, birinci
çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir,
ikinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin
gəlişini simvolizə edir, üçüncü çərşənbədə isti və təravətli külək
bütün canlılara, hər yerə nüfuz edərək yatmışlara təsir göstərir.
Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar
tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.
Bu gün sonuncu-torpaq çərşənbəsidir.
Sonuncu, həm də «ilaxır çərşənbə»də bağ-bostan, dirrik yerləri
əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının
rəmzi olan səməni qoyulur.
Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın
üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən
yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə.
Tullanarkən bu sözlər deyilir: «Sarılığım sənə, qırmızılığın mənə»,
ya da «Ağırlığım odda yansın». Tonqal heç vaxt su ilə
söndürülməməlidir. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar
həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu
o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin
bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Deyilənə görə axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və
hamı ona səcdə edir, hətta da ağaclar da başını yerə əyib
qalxırlar. Xalq axır çərşənbəni xüsusi təntənə ilə qeyd edir.
İnanca görə axır çərşənbə «Novruz»la üst-üstə düşərsə, ilin daha
uğurlu keçəcəyi gözlənilir. Bu çərşənbədə bayram süfrəsi açılır,
şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır.
Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış
yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Həmin gecə
«qulaq falı»na çıxırlar.
Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd
etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə
qarşılayacaqsan.
İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri
ilə daha da gurlaşır. Axşam qulaq falları qurulur. Subaylar qonşu
evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun
təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu
səbəbdəndir ki, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər
danışılması adət hesab olunur.
Bayram günü ən çox görülən işlərdən biridə müxtəlif fallardır. Bu
fallara adətən gənc qızlar baxırlar.
-
Sosial22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI