Qarabağın rəmzi Xarı Bülbül Vaşinqtona baharı gətirib
Bizi izləyin

Tabloid.az

Qarabağın rəmzi Xarı Bülbül Vaşinqtona baharı gətirib

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşəbbüsü və Qarabağ Fondunun təşkilatçılığı ilə 18 mart 2014-cü il tarixində ABŞ Botanika bağında (US Botanical Garden Conservatory) Qarabağın rəmzi olan Xarı-bülbül gülünün təqdimat mərasimi keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Vaşinqtona baharın sədasını gətirən Xarı Bülbül Botanika bağında çalışanları öz gözəlliyi ilə valeh edib. Xarı Bülbül gülünün yetişdirilməsinə münbit şərait yaradan mütəxəssislər qeyd etdilər ki, Xari Bülbül digər güllərdən öz həssaslığı ilə fərqlənir.

Botanika bağının bitkilər üzrə mütəxəssisi Bill MakLaqlinin sözlərinə görə, Xarı Bülbül Botanika bağında keçirilən orxideya güllərinə həsr olunmuş simfoniyada yer alacaq.

Qeyd etmək istərdik ki, Botanika Bağı 1820-ci ildə yaradılmış və Şimali Amerikanın ən qədim botanika bağlarından biri hesab olunur. ABŞ Botanika bağı muzey statusuna malikdir. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm