Ayan: "Biz cənnətdə yaşayırıq" - FOTO
Bizi izləyin

Tabloid.az

Ayan: "Biz cənnətdə yaşayırıq" - FOTO

Sənətçi qızının ilk bayramını ikiqat təmtəraqlı şəkildə qeyd edəcəyini bildirib.

Sənətçi qızının ilk bayramını ikiqat təmtəraqlı şəkildə qeyd edəcəyini bildirib.

Yeni ana olan müğənni Ayan Babakişiyeva qızı ilə əlaqəli maraqlı açıqlamalar verib.

İfaçı Novruz bayramına xüsusi hazırlaşır. Sənətçi qızı Selenanın ilk bayramını ikiqat bayram olaraq təmtəraqlı şəkildə qeyd edəcəyini bildirib:

“Hələ qızımın 40 günü tamam olmayıb. Onun ilk milli bayramı olan Novruzu daha təmtəraqlı şəkildə qeyd edəcəyik. Selena bu bayramda bizə hədiyyə oldu. Əsl bayram mənim üçündür. Bütün gün yeyir yatır. Hələ dünyanın bütün pisliklərindən xəbərsizdir. Çox xoşbəxtik. Hansı evdə körpə varsa, ora cənnətdir. Biz də Selena ilə birlikdə cənnətdə yaşayırıq”.

Qeyd edək ki, Ayan Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayevlə ailə həyatı qurub. /showlife.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm