Arda Turan dünya şöhrətli Beyonsla birlikdə
Bizi izləyin

Tabloid.az

Arda Turan dünya şöhrətli Beyonsla birlikdə

“Atletiko Madrid” klubunun türkiyəli ulduzu Arda Turan indi də reklam filmləri ilə hər kəsin diqqətini cəlb etməyə başlayıb.

Türkiyəli futbolçu məşhur müğənni Beyonsla eyni reklam filmində oynayacaq.

Ardanın əvvəllər də reklamına çəkildiyi “Simit Sarayı” firması Nyu Yorkda öz filialını açır. Firma reklam filmi üçün məşhur agentliklərdən biri ilə müqavilə imzalayıb. Agentliyin yeni çəkəcəyi reklam filmində Arda ilə yanaşı Beyons da yer alacaq.

Qeyd edək ki, Arda Turan bir müddət əvvəl Paris Hiltonla eyni reklam filmində oynamışdı./Axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm