Tabloid.az
Bakının “Alov qüllələri” Fransa televiziyasında
Fransada geniş yayılmış və tamaşaçılar tərəfindən daim izlənilən “France 5” televiziya kanalında martın 23-də “Azərbaycanın nəhəng tikililəri“ adlı 50 dəqiqəlik veriliş yayımlayıb.
Aparıcı Denny Forster verlişin əvvəlində yeraltı və yerüstü sərvətlərlə zəngin olan Azərbaycanda XX əsrin başlanğıcından etibarən neft çıxarıldığı, keçmiş sovetlər birliyinin süqutundan sonra müstəqillik əldə edən ölkəmizin iqtisadiyyatının sürətli inkişafı sayəsində Bakının simasının ildən-ilə dəyişdiyi, son illər paytaxtımızda dünyanın ən mürəkkəb və maraqlı memarlıq layihələri əsasında analoqu olmayan abidələrin inşa olunduğu barədə fransız tamaşaçılarına ətraflı məlumat çatdırıb.
Verilişdə əsasən Heydər Əliyev Mərkəzindən və “Alov qüllələri”ndən bəhs olunub. Hər iki memarlıq abidəsində müasir texnologiya sayəsində mürəkkəb quraşdırma işlərinin aparıldığı diqqətə çatdırılıb, dünyanın tanınmış memarı Zaha Hadidin layihəsi əsasında tikilən mərkəzin interyeri, müxtəlif tədbirlər üçün nəzərdə tutulan zalları öz geniş əksini tapıb.
Eyni zamanda “Alov qüllələri”nin tikintisinin çox mürəkkəb şəraitdə həyata keçirildiyi və üç hündür binanın axşamlar şəhərə xüsusi yaraşıq verdiyi vurğulanıb.
Həmçinin verilişdə paytaxtımızın müasir abidələri arasında Bayraq meydanının xüsusi maraq doğurduğundan, şəhərimizin qonaqlarında böyük təəssürat yaratdığından da söhbət açılıb.
Bakının Dağüstü parkında yerləşən Şəhidlər xiyabanından danışan müəllif 24 il əvvəl öz müstəqilliyini bərpa etmək arzusu ilə dinc nümayişlər keçirən xalqımıza Sovet rejimi liderlərinin əmri ilə amansızlıqla divan tutulması, yüzlərlə silahsız insanın vəhşiliklə qətlə yetirilməsi, onların Şəhidlər Xiyabanındakı qardaşlıq qəbiristanlığında dəfn olunması haqqında məlumat verib.
Azərbaycanda müxtəlif milli azlıqların və etnik qrupların yerli xalqla əsrlər boyu dostcasına və mehriban şəraitdə yaşadıqları, Azərbaycan tolerantlığının digər ölkələrə nümunə olduğu verilişdə xüsusi qeyd olunub.
“France 5” televiziya kanalının bu verilişi erməni lobbisinin güclü olduğu Fransa kimi ölkədə Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri yaymaq baxımından diqqətə layiqdir.
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO