İradə İbrahimova ilə “Beşiktaş”ı nə bağlayır? – Foto
Bizi izləyin

Tabloid.az

İradə İbrahimova ilə “Beşiktaş”ı nə bağlayır? – Foto

İradə İbrahimova “Beşiktaş”ı nə bağlayır? – Foto

Türkiyədə yaşayan məhşur müğənni İradə İbrahimova uzun fasilədən sonra klip çəkdirib.Sənətçimizin klipi Türkiyədə,yerli rejissorlardan olan Gülşən Aybabaya çəkilib. İradə xanım sözləri İsra Gülümsərə aid “Sənələr” mahnısını ekranlaşdırmağa qərar verib və çəkilişlər “Bosphorus palace”-də aparılıb.

Yaradıcılıq işi barədə Publika.Az-a məlumat verən sənətçimiz klipdə sujetxəttinin olmadığını bildirib.“Klip reklam çarxı tərzindədir.Ötən illəri xatırladan bir xanımın obrazındayam. Əsas mahnı və mən ön plandayıq” –deyən sənətçi montaj işi aparılan görüntülərin tezliklə ekrana çıxacağını bildirib.

Xatırladaq ki, çəkiliş zamanı İradə xanımı bacısı, məhşur vizajist Nigar İbrahimova tək qoymayıb. Bacıların birlikdə Azərbaycana gətirdiyi Kryolan make-up-dan İradə xanımın vizajında istifadə edilib. Sənətçimizə HD makiyajla xüsusi obraz verilib.

Qeyd edəkki, klipin rejissoru Gülşən Aybaba keçmiş futbolçu, “Beşiktaşın” teknik direktoru Samet Aybabanın qızıdır.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm