Prezidentin nəvələrinin yeni şəkilləri yayıldı - FOTO
Bizi izləyin

Tabloid.az

Prezidentin nəvələrinin yeni şəkilləri yayıldı - FOTO

Azərbaycan prezidenti İlham Əliyevin əkiz nəvələrinin yeni fotoları yayılıb.

Azərbaycan prezidenti İlham Əliyevin əkiz nəvələrinin yeni fotoları yayılıb.

Əli ilə Mikayılın yeni fotoları onların ataları Emin Ağalarov tərəfindən Tvitterə yerləşdirilib.

Moskvada yaşayan iş adamı Araz Ağalarovun oğlu Emin çox böyük ehtimalla bu şəkilləri ABŞ-da çəkdirib. Emin Ağalarov “Amor” adlı albomunu təqdim etmək üçün ABŞ-ın 5 populyar televiziya şousunda iştirak edib. Müğənni Emin Ağalarorov həmçinin atasının rəhbərlik etdiyi “Crocus Group” şirkətinin “Russkiy adası”nda inşa etdiyi şəhərin şəkillərini də yayıb.

Xatırladaq ki, Emin Ağalarov iyul ayının 17-də Bakıda Yaşıl Teatrda çıxış edəcək. Bundan öncə o, iyun ayının 21-də Sea Breeze-də canlı konsertlə pərəstişkarlarını sevindirəcək.

Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-da alıb. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxıb. Emin ABŞ-da olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda o həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə İncredible adlı albomunu çıxardıb ki albomdakı Don't Cry mahnısı Нулевой Километр filminin saundtrekində yer alıb. Daha sonra isə Elvis və Frenk coverlərindən ibarət olan Obsession və Moskvadaki konsertinin DVD-sini də satışa çıxartdığı Devotion albomu satışa çıxıb.

Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlir və Wonder albomunu Britaniyada satışa çıxarır, Obvious mahnısını This Morning adlı verlişdə ifa edir. Əksər mahnılarının müəllifidir. Avropada xüsüsən də Rusiya, Ukrayna və Azərbaycanda konsertlər verməyə davam edir.

Emin Ağalarovun Giving İn, Dont cry, Wonder, Falling, Any time you fall, Obvious, Stick together, Still, Make the worl go away, Just for one night klipləri var. (ANS)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm