"Oda”da intihar? - Suicide
Bizi izləyin

Tabloid.az

"Oda”da intihar? - Suicide

"Oda”da intihar? - Suicide

Oda Teatrında aprel ayının 5-i və 6-da yeni tamaşanın premyerası olacaq. “Minə qədər sayıb özümü öldürəcəyəm” sözləri ilə başlayacaq tamaşa teatrın indiyədək hazırladığı tamaşalardan kəskin dərəcədə fərqlənəcək.

Peter Turrininin “Axır ki, qurtardıq” əsəri əsasında hazırlanan “Suicide” (İntihar–red.) adlı tamaşanın rejissoru İmam Həsənovdur.

Teatrın direktoru Elmin Bədəlovun öz ifasında olacaq monotamaşa barədə aktyor bu sözləri deyib: “Bu tamaşa indiyədək hazırlanan tamaşalardan tam fərqlidir. Özünüz görəcəksiz. Qeyd edim ki, tamaşaya 10 yaşından az insanların baxması məsləhət deyil”.

Tamaşa 5 və 6 aprel saat 19:00-da Oda Teatrının daimi məkanı olan “Zirzəmi”də (Topçubaşov 38) göstəriləcək.

Biletin qiyməti: 5 AZN

Əlaqə: 050 394 48 64

Oxumağa davam et
Reklam
Reklam

Gündəm