Bakirəliklərini hərraca qoymuş 7 adam - Foto
Bizi izləyin

Tabloid.az

Bakirəliklərini hərraca qoymuş 7 adam - Foto

Publika.az olaraq bu yaxınlarda sizə Tibb Universitetinin tələbəsi Elizabetin bakirəliyini hərraca qoyması haqqında xəbər vermişdik. 400,000 dollar qazanmaq naminə öz bakirəliyini internet vasitəsilə hərraca çıxaran Elizabet əslində dünyada tək deyil və bu gün sizə onun kimi 7 insanı diqqətinizə çatdıracağıq.

Katarina Miqliorini öz bakirəliyini nəinki bir, iki, hətta üç dəfə satmağa cəhd edib. Keçən il 21 yaşlı model olan Katarina öz bakirəliyini satışa qoyub. Yaponiyadan olan milyarder 780,000 dollar təklif etməsinə baxmayaraq, o, bu pulu ödəmədiyindən sövdələşmə sonadək başa çatdırılmayıb. Yenidən hərracı noyabrda açıq elan edən modelin qiyməti bu dəfə ən azı 440,000 dollardan başlayırdı, lakin o, Ərəb milyarderindən evlilik təklifi aldıqdan sonra satışı dayandırıb.

Rusiyadan olan yeniyetmə də Miqliorini kimi öz bakirəliyini nə az, nə çox 28,000 dollara satışa çıxardıb. Sibirdən olan 18 yaşlı Şatuniha deyib: “Mənə təcili sürətdə pul lazımdır və mən özümə dəyərli olanımı satıram. Tezliklə görüşüb öz bakirəliyimi satmağa hazıram”. Hərracı Yevgeniy Volnov 30,000 dollarla udub.

Fevralda Rumıniyadan olan tələbə təhsil haqqını ödəmək üçün də bu addımı atıb. Kompyuter elmləri dərəcəsini almaq üçün o, bakirəliyini 13,000 dollara çıxardıb.

Şayiələrə görə, İtaliyalı model Rafaello Fiko da öz bakirəliyini külli miqdarda hərraca qoyub. 2008-ci ildə 26 yaşlı qadın öz bakirəliyini 1 milyon avroya hərraca çıxarıb. Fiko 2009-cu ildə “Real Madrid”-in futbolçusu Kriştiano Ronaldo ilə münasibətdə olub və Silvio Berluskoninin “Bunqa Bunqa” seks qalmaqalında əsas rol oynadığı ehtimal edilir. Bu yaxınlarda isə məlum olub ki, Mario Balotellinin qızının anasıdır. Balotelli Pianın atası olduğunu bu ilin fevral ayında etiraf edib.

2009-cu ildə 22 yaşlı tələbə Natali Dilan öz bakirəliyini 2,5 milyon dollara hərraca qoyub, lakin o, bu pulun yarısını ona hərracda iştirak etməsində yardım edən sayt rəhbərinə verməli idi.

Melissa Ede öz bakirəliyini hərraca qoyan ilk trans qadındır. 52 yaşlı Melissa sonradan fikrindən dönərək hərracı bağlı elan edib.

Braziliyadan olan model Katarinanın iştirak etdiyi sənədli filmdə Aleks Stepanov da iştirak edib. Qadın həmkarı kimi məşhurluq qazanmasa da, Aleksə də qiymət qoyan tapılıb. Katarinaya minlərlə təklif gəldiyi halda, Aleks yalnız Avstraliyadan Kasandra Darlinqhörst adlı şəxs tərəfindən 2,600 dollara qiymətləndirilib. Sövdələşmənin baş tutub tutmaması isə naməlum olaraq qalır.

19 yaşlı incəsənət tələbəsi olan Kleyton Pettet isə özünü hərraca pul qarşılığında yox, öz növbəti layihəsi üçün çıxardıb. Onun niyyəti 100 insan qarşısında cinsi münasibətdə olmaqdır. O, bu layihədə iştirak edəcək 100 adam axtarışı üçün internet vasitəsilə hərrac keçirdir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm