Tabloid.az
Əməkdar artistlə şərhçinin fərqli işi – FOTOLAR
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) işçiləri Formula 1 Avropa Qran Prisinin Könüllüləri və Marşalları ilə birlikdə aprelin 9-da Səbail rayonunda yerləşən Dostluq Parkında ağacəkmə aksiyası keçirib.
BŞH-dən Publika.az-a verilən məlumata görə, tədbirdə Avropa Qran Prisinin rəsmi elçilərindən Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva və Formula 1 şərhçisi Rəhim Əliyev də iştirak edərək, ağac əkdilər.
“Gəlin Bakını sürətlə yaşıllaşdıraq” devizi altında baş tutan aksiyada Abşeron iqliminə uyğun olan 500-dək şam və sərv ağacı əkilib. Tədbirin keçirilməsində əsas məqsəd mötəbər idman yarışına ev sahibliyi edən Bakıda yaşıllıq zolaqlarını artırmaq və şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasını sürətləndirmək, eləcə də Avropa Qran Prisinin təşkilatçılığında fəaliyyət göstərən kollektiv arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə töhfə verməkdir.
BŞH növbəti aylarda da oxşar sosialyönümlü tədbirlər keçirməyə davam edəcək. Formula 1 üzrə Avropa Qran Prisi 17-19 iyunda Bakı küçələrində təşkil olunacaq.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK