Ölümündən sonra Gülşən Qurbanova barədə nələr deyildi - Şok açıqlama
Bizi izləyin

Tabloid.az

Ölümündən sonra Gülşən Qurbanova barədə nələr deyildi - Şok açıqlama

Ölümündən sonra xalq artisti, aktrisa Gülşən Qurbanova barəsində nələr deyildi?

Publika.az-ın məlumatına görə, mərhum aktrisanın həmkarı, əməkdar artist Naibə Allahverdiyeva ATV-nin "Düz üzünə" proqramında keçmişi ilə bağlı danışarkən inanılmaz açıqlamalar verib. Onun sözlərinə görə, vaxtilə çalışdığı Gənc Tamaşaçılar Teatrında Gülşən Qurbanova ilə intriqalar yaşayıb və bunun sayəsində xəstəxanalıq olub:

“Gülşən Qurbanova ilə aramızda böyük intriqa yaşanırdı, özü də sənət qısqanclığı ilə bağlı. Onunla bir tamaşada oynayan zaman məni hədsiz dərəcədə əsəbiləşdirdi. Səhəri gün premyera olmalı idi, amma mən həmin gün premyeraya gedə bilmədim. Məşqdən çıxandan sonra avtobusla evə gedərkən yolu səhv saldım. Göz yaşları içərisində evə çatanda halım çox pis idi. Bütün əşyalar gözümün önündə böyüyürdü. Səhəri özümü ələ alıb dərman içdim və premyeraya tələsdim. Dayanacaqda gördüm ki, yenə də halım pisləşir, maşınlar gözüm önündə şütuyürdü. Bir oğlan bayıldığımı görüb məni xəstəxanaya gətirdi. Teatrda elə biliblər yalandan özümü xəstəliyə vurmuşam. Gəlib görəndə məəttəl qaldılar”.

Naibə xanımın sözlərinə görə, Gülşən Qurbanovanın intriqaları nəticəsində 8 il əsəb xəstəliyindən müalicə olunub. Hətta ona dəli damğası vurublar. Bu işdə ona xalq artistlərindən birinin də yardımçı olduğunu deyən aktrisa həmin aktyorun adını çəkmədi. Səbəbini isə onun xəstə olması ilə izah etdi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm