Tabloid.az
Bədii film üçün ssenari müsabiqəsi elan olundu
Azərbaycan Prodüserlər Gildiyasının “Geniş baxış – 2” tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan olunub.
Azərbaycan Prodüserlər Gildiyasının sədri, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun Publika.az-averdiyi məlumata görə, müsabiqənin keçirilməsində məqsəd geniş tamaşaçı auditoriyasının marağını çəkən, janrından asılı olaraq keyfiyyətli “kommersiya” xarakterli filmlərinin çəkilməsinə dəstək vermək, “Prodüser kinosu” anlayışını ölkəmizdə tətbiq etməkdən ibarətdir:
“Müsabiqənin şərtlərinə əsasən hər bir şəxs müsabiqəyə ssenarisini təqdim edə bilər. İstənilən janrda, tammetrajlı bədii film üçün nəzərdə tutulmuş işlər qəbul olunur. Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələdə tammetrajlı bədii film ssenarisinin 3-4 səhifədən çox olmayan sinopsisi təqdim olunmalıdır. Müəllif sinopsislə birgə tərcümeyi-halını da təqdim etməlidir. Müsabiqəyə təqdim olunan sinopsis və ssenarilər geri qaytarılmır, onlara şərh verilmir. Sinopsislər aprelin 1-dən mayın 15-dək Azərbaycan Prodüserlər Gildiyasına göndərilməlidir. Həmçinin [email protected] elektron ünvanına göndərmək olar”.
M. Hətəmov əlavə edib ki, ikinci mərhələyə buraxılan ssenarilərin və onların müəlliflərinin adları iyunun 1-dən gec olmayaraq açıqlanacaq və onlara ədəbi ssenari yazılması təklif olunacaq. Qaydalara əsasən müsabiqənin nəticələri Gildiyanın 14 təsisçi üzvü və müstəqil ekspertləri tərəfindən müəyyən ediləcək. Səsvermə yolu ilə seçilmiş iki qalib ssenari Gildiya təsisçilərinin prodüserliyi ilə istehsal ediləcək. Müsabiqənin qalibləri sentyabrın 1-dən gec olmayaraq açıqlanacaq”.
Qeyd edək ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.
Cəvahir Səlimqızı
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO