Amerikalı aktrisa BMT-nin yeni xoşməramlı səfiri təyin edildi - Foto
Bizi izləyin

Tabloid.az

Amerikalı aktrisa BMT-nin yeni xoşməramlı səfiri təyin edildi - Foto

Amerikalı aktrisa BMT yeni xoşməramlı səfiri təyin edilib (FOTO)

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) yoxsulluğun azaldılması və qadınların səlahiyyətləndirilməsi sahəsində fəaliyyətinə görə amerikalı aktrisa Konni Brittonu yeni xoşməramlı səfir təyin edib. Bu barədə Trend BMTİP-ə istinadən xəbər verir.

BMTİP-in xarici əlaqələr üzrə direktoru Maykl O'Neyl bildirib: "Biz Konni Brittonun BMTİP-in dünyada yoxsulluqla mübarizə səylərinə qoşulmasına çox sevinirik. Konni humanitar məsələlərə böyük həvəs göstərir və dünyada inkişaf məsələləri üzrə maarifçiliyin aparılmasında bizim tərəfdaşımız olacaq".

K.Britton mütəmadi xeyriyyə tədbirlərini dəstəkləməklə dəfələrlə yoxsulluğun azaldılması səylərinin və qadınların hüquqlarının qorunmasının tərəfdarı kimi tanınıb. BMTİP-in yeni xoşməramlı səfiri kimi insanların saləhiyyətləndirilməsi və marjinallaşmaya qarşı mübarizə üçün BMTİP-in qlobal səylərinin tanınmasında öz məşhurluğundan istifadə edəcək.

K.Britton deyib: "Mən səfərlərimdə ifrat yoxsul insanların yaşadığı yerləri gördüm. Bir milyard insanın belə şəraitdə yaşaması və xroniki xəstələrin altmış faizinin qadınlar olması 2014-cü ildə yolverilməzdir. Dünyada aztəminatlı insanların həyatlarını müsbətə doğru dəyişmək və yaxşılaşdırmaq üçün BMTİP ilə işləməyi səbirsizliklə gözləyirəm".

Dördqat Emmi mükafatının sahibi K.Britton hazırda "Nashville" adlı ABC seriallarında çəkilir və buna görə o, ən yaxşı aktrisa - televiziya dram serialları nominasiyasında ilk Qızıl Qlobus mükafatını alıb. K.Britton əsasən "Friday Night Lights" (Cümə gecələrinin işıqları) adlı serialda Tami Teylor və "American Horror Story" (Amerikanın qorxunc hekayəsi) serialında Vivien Harmon rollarına görə tanınıb. Bu ilin sonunda o, "This Is Where I Leave You" (Mən səni burada tərk edirəm) komediyasında ekranlarda görünəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm