Həsənağa Turabovun 75 illik yubileyi qeyd olunacaq
Bizi izləyin

Tabloid.az

Həsənağa Turabovun 75 illik yubileyi qeyd olunacaq

Həsənağa Turabovun 75 illik yubileyi qeyd olunacaq

Bu ilin martında Azərbaycanın böyük sənətkarı, xalq artisti Həsənağa Turabovun (1938-2003) anadan olmasının 75 ili tamam olacaq.

Bu münasibətlə Dövlət Film Fondunun təşkilatçılığı ilə tədbir keçiriləcək. Tədbirdə mərhum sənətkarın özünəməxsus yaradıcılıq yolundan söz açılacaq və çəkildiyi filmlərdən epizodlar nümayiş olunacaq.

Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən H.Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilib. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib. H.Turabov öz bənzərsiz oyunu ilə Azərbaycan kinosunda yaddaqalan obrazlar yaradıb.

Mərhum sənətkar yaratdığı Gəray bəy, Qaçaq Nəbi rolları ilə əbədi olaraq tamaşaçıların yaddaşlarında yaşayır. Sənətkar 15 il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına rəhbərlik edib, ömrünün son günlərinə qədər Teatr Xadimləri İttifaqının sədri olub. Mənalı ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş məşhur aktyor öz məktəbini yaradıb.

Görkəmli sənətkar 2003-cü il fevralın 23-də dünyasını dəyişib.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm