Mehriban Ələkbərzadə barəsində deyilənlərə sərt cavab verdi - Status
Bizi izləyin

Tabloid.az

Mehriban Ələkbərzadə barəsində deyilənlərə sərt cavab verdi - Status

Əməkdar İncəsənət Xadimi, tanınmış rejissor Mehriban Ələkbərzadə son günlər barəsində deyilənlərlə bağlı sərt status yazıb. Statusun həddən artıq sərt hesab etdiyimiz hissələrini ixtisar etməklə təqdim edirik.

"Hər kəs duysun ki, mənim əxlaqımı şübhə altına alan birinin nə şərəfi, nə vicdanı, nə də Allahı var!

Gör, nə qədər namussuz olmaq lazımdır ki, mənim kimi qadına "həyatını səhnnəyə gətirir"- deyə biləsən.

Bilirəm ki... Çirk içində olanlar çamurdan çiyrənməz. Belə alçaqlardır .... Allah belə böhtanına görə səni məhz... inşallah! Mən daha söz tapmıram belə şərəfsizlərə.

Ay qanmazlar! Mən tamaşa hazırlamışam! Sizin daha heç bir vaxt edə bilməyəcəyiniz sənət işi görmüşəm. Sabah "Əmir Teymur"...dünən "Qatar altına atılan qadın".... Niyə çatlayırsınız? Buna da paxıllıq edirsiz , ay həşaratlar?"

Xatırladaq ki, münaqişə rejossorun səhnələşdirdiyi " Qatil " tamaşası haqda aktyor və rejissor Şeyx Əbdülün tənqidi aşan fikirlər səsləndirməsindən sonra yaranıb.

Selcan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm