Bu axşam “Eurovision”da final həyəcanı
Bizi izləyin

Tabloid.az

Bu axşam “Eurovision”da final həyəcanı

İsveçin paytaxtı Stokholmda baş tutan “Eurovision 2016” mahnı müsabiqəsinin bu gün finalı olacaq.

Publika.az-ın məlumatına görə, “Qloben” arenada keçiriləcək yarışmanın finalında 24 ölkənin təmsilçiləri səhnəyə çıxacaq və mahnılarını ifa edəcəklər.

Ölkəmizi müsabiqədə “Miracle” mahnısı ilə təmsil edən Səmra Rəhimli gecədə dördüncü olaraq səhnəyə çıxacaq.

Qeyd edək ki, birinci yarımfinala respublikamızla yanaşı Rusiya, Çexiya, Kipr, Hollandiya, Malta, Macarıstan, Avstriya, Xorvatiya və Ermənistan təmsilçiləri vəsiqə qazanıb. İkinci yarımfinalda isə finala keçən ölkələr arasında Latviya, Gürcüstan, Bolqarısan, Avstraliya, Ukrayna, Serbiya, Polşa, İsrail, Litva və Belçika yer alıb.

İsveç, Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniya finala birbaşa vəsiqə qazanan ölkələrdir.

61-ci “Eurovision” mahnı müsabiqəsi bu gün saat 23:00-dan etibarən İTV-də canlı yayımlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm