Sedat Yuce Tünzalə Ağayevanın qonağı oldu - Fotolar
Bizi izləyin

Tabloid.az

Sedat Yuce Tünzalə Ağayevanın qonağı oldu - Fotolar

Bu həftənin şənbə günü TRT Muzik ekranlarında əməkdar artist Tünzalə Ağayevanın təqdimatında “Bir Səsin Cazibəsi”nin maraqlı buraxılışlarından biri nümayiş etdiriləcək. Verilişin bu dəfəki qonağı məşhur pop müğənnisi, musiqiçi Sedat Yucedir. Sedat Yuce həm də İzmir şəhərində yaratdığı və onun adını daşıyan musiqi məktəbi ilə də tanınır. Tünzalə xanım çəkiliş zamanı qonağının peşəkarlığından söz açıb:

“Sedat Yuce həm vokalı, həm də nəfəs alətində - trompetde məharətini göstərdi və bizi bir daha heyran etdi. Sevindim ki, o, tək öz sənəti ilə məşğul olmur, istedadlı uşaqlara da yaratdığı musiqi məktəbində böyük dəstək göstərir”.

Xatırladaq ki, sənətçimiz həmişə olduğu kimi verilişində Gülnarə Xəlilovanın Moda Evindən geyinib. Proqramda Tünzalə xanımı Ankara Kent Orkestri müşayiət edib.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm