Ad günündə rəqqasə Fatimənin başına pul səpdilər - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ad günündə rəqqasə Fatimənin başına pul səpdilər - FOTOLAR

Vur çatlasın, çal oynasın. Dünən rəqqasə Fatimə Fətəliyeva şou nümayəndələrini və media əhlini başına cəm edib çal-çağırlı bir ad günü keçirdi.

Publika.az-ın məlumatına görə, rəqqasənin ad günü məclisi sənət dostları ilə birgə hazırladığı, hind filmindən götürülmüş “Om şhanti om” mahnısına çəkdirdiyi kliplə başladı.

Doğum günü mərasiminə təbrik etməyə sənət dostları Nazpəri Dostəliyeva, Mətanət İsgəndərli, Sevda Yahyayeva, Nadir Qafarzadə, Vasif Məhərrəmli, Kərim Abbasov, Roza Zərgərli, Sevda Sanalıyeva, aşıq Samirə, meyxanaçı Namiq Qaraçuxurlu, Aysel Əlizadə, Coşqun və Rafael, prodüserlər Tolik, Təranə Səmədova və başqaları da gəlmişdi. Rəqqasə doğum günündə gül-çiçəyə, bahalı hədiyyələrə qərq oldu. Meydan qızışdı, müğənnilər rəqs etməkdə bir-birlərini yordular. Rəqsanə Fatimənin başına pul səpdi, bununla məclis daha da şurlandı.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm