Tabloid.az
"Oda" teatrı “Azərsu”-nu məhkəməyə verir - Foto
"Oda" teatrı “Azərsu” ASC-ni məhkəməyə verməyə hazırlaşır. Bu barədə Publika.Az-a teatrın rəhbəri Elmin Bədəlov məlumat verib. Onun sözlərinə görə “Azərsu” ASC-nin işçiləri aprelin 5-i yeni “Sicide” tamaşasının prmyerası günü teatrın suyunu kəsib, aktyorlarla kobud rəftar ediblər: “Prmyeraya hazırlıq gedərkən “Azərsu” işçiləri qanunsuz formada teatra daxil oldular və kobud formada suyu kəsəcəklərini bildirdilər. Onların bizimlə təhqiramiz formada danışmaları ilə bağlı lent yazılarımız da var. Biz onları məhkəməyə təqdim edəcəyik. Eyni zamanda suyu kəsərkən teatrın məkanına ziyan vurdular, hər tərəfi su basdı. Teatra dəyən ziyanı biz öz hesabımıza düzəltdik. Qaynar xəttə dəfələrlə məlumat verməyimizə baxmayaraq heç bir tədbir görülmürdü. Hətta mən “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxlayıb bu qanunsuzluqla bağlı onlara məlumat verdim. Onlar bunun qarşısının alınacağını dedilər və göstəriş verdilər. Buna baxmayaraq “Azərsu” ASC-nin qəza xidmətlərinin əməkdaşları əraziyə gəldilər və “bunu nəzarətçilər edibsə bizim düzəltməyə ixtiyarımız yoxdur” deyib getdilər”.
Teatrdan verilən məlumata görə, “Azərsu” ASC əməkdaşları sayğacın dəyişdirilməsi və yeni sayğacla əvəz olunması ilə bağlı teatra gəliblər. Lakin mübahisə zamanı suyu kəsəcəklərini bildiriblər.
Qeyd edək ki, dünən prmyerası olan “Suicide” tamaşası bu gün saat 19:00-da təkrar nümayiş olunacaq. Tamaşa Peter Turrininin “Axır ki, qurtardı” əsəri əsasında hazırlanıb. Monotamaşanın rejissoru İmam Həsənov, ifaçısı Elmin Bədəlovdur.
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU