Tarkan qadın çantası ilə gəzir - FOTO
Bizi izləyin

Tabloid.az

Tarkan qadın çantası ilə gəzir - FOTO

Dörd illik fasilədən sonra yenidən albom buraxmağa hazırlaşan Tarkan, şənbə günü küçədə fotokameralara tuş gəlib.



Müğənni qoluna taxdığı qadın çantası ilə diqqətləri çəkib. Sənətçi müxbirlərin, çantası barədə suallarına yalnız gülümsəməklə cavab verib.



Qeyd edək ki, çantanı bu şəkildə gəzdirmək yeni trenddir və "Weekend Bag" adlanır. "Weekend Bag" axını Yaponiyada başlayıb, ordan da Amerika və Avropanın meqapolislərinə yayılıb. Trendin əsas xüsusiyyəti odur ki, cinsiyyətindən asılı olmayaraq hər kəs qadınlar kimi çantasını qoluna taxır. Tokio, Nyu-York, Toronto, Paris kimi kütləvi nəqliyyatdan istifadənin geniş yayıldığı və əhalinin sıx olduğu şəhərlərdə bu, daha praktik və təhlükəsizdir./Axşam.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm