Tabloid.az
Tacik rejissor Azərbaycan Dövlət Musiqili Teatrına Molla Nəsrəddini gətirəcək
Beynəlxalq teatr əlaqələrinin yaradılması və genişləndirilməsinə
böyük əhəmiyyət verən, maraqlı səhnə əsərləri ilə həmişə
tamaşaçıları sevindirən Azərbaycan Dövlət Musiqili Teatrı bu dəfə
Molla Nəsrəddini səhnəyə gətirəcək. Bu barədə teatrdan
bildirilib.
Bu münasibətlə teatra dəvət olunan Tacikistan Respublikasının
xalq artisti, Qırğızıstan Respublikasının əməkdar incəsənət xadimi,
rejissor Sultan Usmanov Musiqili Teatrın səhnəsində özbək
dramaturqu İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı"
komediyasına quruluş verəcək.
Sulton Usmanov Moskvada, A.V.Lunaçarski adına Dövlət Teatr
İnstitutunun musiqili teatr rejissoru fakültəsini bitirmişdir.
1998-2009-cu illərdə Düşənbədəki S.Aini adına Opera və Balet
Teatrnda, V.Mayakovski adına Rus Dram Teatrında və Vahidov adına
Gənclər Teatrında baş rejissor kimi fəaliyyət göstərmiş, 70-ə yaxın
opera, musiqili tamaşa və dram əsərlərinə quruluş vermişdir. Son
illərdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və İran kimi ölkələrin
müxtəlif teatrlarında tamaşalar hazırlamışdır. O, Fransada
keçirilən Avinyon, Moskvadakı A.P.Çexov adına Beynəlxalq Teatr
Festivalı və İranda keçirilən 27-ci Fəcr kimi mötəbər teatr
yarışmalarının iştirakçısı olmuş və yüksək mükafatlara layiq
görülmüşdür. Onun tamaşaları təkcə Orta Asiya Respublikalarında
deyil, həmçinin Moskva və Sankt-Peterburq teatrlarının səhnələrində
də uğurla nümayiş etdirilir.
Hələ 60-cı illərdə Tacikfilimdə çəkilən "Xoca Nəsrəddinin 12-ci
qəbri" filmində Azərbaycanın xalq artisti Bəşir Səfəroğlunun
yaratdığı Xoca Nəsrəddin tamaşaçıların yaxşı yadındadır.
Maraqlıdır ki, taciklərə Xoca Nəsrəddini sevdirən
azərbaycanlıların çox sevdiyi teatra Molla Nəsrəddin obrazını bu
dəfə tacik rejissoru gətirəcək.
baku-art.az
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı