Şou-biznesin 2 küsülü bacısı barışdı
Bizi izləyin

Tabloid.az

Şou-biznesin 2 küsülü bacısı barışdı

Xalq artisti Nazpəri Dostaliyeva bacısı Zeynəb Dostaliyeva ilə barışıb. Mövqe.az xəbər verir ki, müğənni Zeynəb Dostaliyeva bu barədə açıqlama verib :

"Bəli, barışmışıq. Ana ilə bala arasında da söz - söhbət olur. Ancaq bu ailə daxilində həll olunur. Bizdə də elə. Bunu şişirdənlərə demək istəyirəm ki, biz bağda oturub birlikdə kabab yeyəndə siz harda idiniz? Biz bir-birimizə əsl dayaq olmuşuq. O, mənim bacımdı. Artıq-əksik danışmaq lazım deyil".

Bu açıqlaması ilə hər kəsi təəccübləndirən müğənni həmçinin qeyd edib ki, hal-hazırda xalq artisti ilə araları yaxşıdı və bir-birlərinin evlərinə get-gəlləri də var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm