Cazibədar müğənnini dollar yağışına tutdular - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Cazibədar müğənnini dollar yağışına tutdular - FOTOLAR

Müğənni Könül Şıxəliyeva dostlarını başına toplayaraq doğum gününü qeyd edib.

Publika.az-ın məlumatına görə, yeni yaşını qeyd edən ifaçı doğum gününü əylənmək məqsədi ilə keçirdiyini bildirib:

“Ötən gün doğum günümü qeyd etdim. Əslində özəl günləri təmtəraqlı qeyd etməyi sevmirəm. Əylənməyi sevdiyim üçün şənləmək xatirinə dostlarımı başıma toplayıb ad günümü keçirirdim. Neçə yaşa qədəm qoyduğumu deyə bilmərəm. Neçə yaşda görünürəmsə, deməli, o yaşdayam. Onu da deyim ki, məndən kimsə yaşını gizlədə bilməz. Adama bir dəfə baxan kimi yaşının neçə olduğun söyləyirəm. Hələ indiyə qədər başqa birinə yaş verməkdə yanılmamışam”.

Könül doğum günündə ona verilən hədiyyələrdən də söhbət açıb:

“Mənim üçün hədiyyənin böyüyü, kiçiyi yoxdur. Amma cəmi bir hədiyyə aldım. Qalan ad günümə gələnlər hamısı mənə pul verdilər. Verilən pulun hamısı dollar idi”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm