Rəqsanənin Əli Mirəliyev haqqında kəskin qərarı
Bizi izləyin

Tabloid.az

Rəqsanənin Əli Mirəliyev haqqında kəskin qərarı

Müğənni Rəqsanə İsmayılovanın ünvanına bir neçə dəfə xoşagəlməz ifadələr işlədən və bunu dəfələrlə təkrar edən Əli Mirəliyev qarşı tərəfin onu məhkəməyə verməsinə məhəl qoymayaraq, növbəti açıqlamasını edib.

Rəqsanə xanım dostların təkidi ilə Əli Mirəliyevi bağışlamağı düşünürdüsə, sonuncu açıqlama onu qəti addım atmağa məcbur edib:

“Bu günlərdə Xəzər Televiziyasında Zaurun verilişində dostların fikrini yerə salmayıb, onu bağışlamağa qərar verdim. Məhkəmə iddiasını geri götürürdüm. Amma görürəm ki, Əli Mirəliyev əleyhimə danışmaqda israrlıdır. Artıq onun cəzasını məhkəmə verəcək. Bir danışdı, məhəl qoymadım, ikinci dəfə dedim yəqin bunula susar. Çükni qalmaqala məhəl qoymayacağıma söz vermişdim. Amma baxdım ki, bu insan mənim susmağımdan istifadə edir.

Belə bir insanın hüquqi yolla cəzası vaxtında verilməlidir. Bu dəfə anamın adını hallandırdı, onun danışığında qüsur axtarmağa çalışıb. Eyni zamanda ətrafımdakı insanların onun qızını söydürdüyünü iddia edir. Nə mən, nə də ki, ətrafımdakı insanlar onun qızına bir kəlmə nə yaxşı, nə pis söz deməyib. Demərik də. Ona görə də, bu insanı yalanına, təhqirlərinə görə bağışlamayacam. Vəkilim artıq zəruri işləri yerinə yetirir”.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm