Namiq Qaraçuxurlu konsertə hazırlaşır
Bizi izləyin

Tabloid.az

Namiq Qaraçuxurlu konsertə hazırlaşır

Hazırda serialda baş rolu canlandıran meyxanaçı Namiq Qaraçuxurlu aktyorluq qabiliyyətindən danışıb. “Qafqazinfo”ya açıqlamasında meyxanaçı özünün aktyorluq məharətini bəyəndiyini bildirib:

“Seriala çəkildiyim ilk vaxtlarda özümdən razı deyildim. Çünki ilk işim idi və özümü tapmalıydım. Dördüncü –beşinci bölümlərdə özümə gəldim, indi özümdən çox razıyam. Hazırda başım seriala qarışıb. Bir neçə meyxana üzərində işləyirəm. Serial bitdikdən sonra isə konsert verməyi düşünürəm”.

Qaraçuxurlu mərhum reper Hüseyn Dəryanın onunla işbirliyi arzusunu da yerinə yetirəcəyini qeyd edib:

“Mən təzəlikcə bilmişəm ki, Dəryanın mənimlə bağlı layihəsi olub. Sayqa xanımla danışacam. Əgər Hüseynin səsyazması texniki cəhətdən normal olarsa, mənə aid olan hissələri ifa edəcəm. Ən azından Dəryanın ailəsi və sevənləri sevinər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm