Nejat İşlerin 84 gün sonra ilk görüntüsü - Foto
Bizi izləyin

Tabloid.az

Nejat İşlerin 84 gün sonra ilk görüntüsü - Foto

İstanbulda müalicəsinə davam edilən Türk aktyoru Nejat İşlerin 84 gün sonra yeni fotosu yayılıb.

3 aya yaxındır ki, xəstəxanada müalicə olunan və ciddi rejimdə kameralardan qorunan sənətçi ilk dəfə olaraq görüntülənib. İstanbulda Amerikan xəstəxanasında müalicə olunan məşhur aktyor yanvarın 17-də ağciyər infeksiyası və nəfəs çatışmazlığına səbəbindən septik şok keçirərək Bodrumda xəstəxanaya aparılan aktyor yanvarın 22-də təyyarə ilə İstanbula köçürülmüşdü.

Sənətçini görüntüləyən müxbir bildirib ki, xəstə baxıcısı ilə birlikdə dəhlizdə gəzən aktyorun vəziyyətinin yaxşı olduğunu deyib.

Qeyd edək ki, 84 gün ərzində heç bir şəxs onun şəklini çəkə bilmirdi. Dəhlizdə gəzərkən belə ətrafında mühafizə işçiləri olurdu. Hətta elə bir vəziyyət yaranmışdı ki, hər hansı bir müxbir xəstəxanaya həkim yanına belə gəldikdə aktyorun palatasının qarşısında mühafizəçilər dayanırdı. Nejat İşlerin yeni fotosunu sizə təqdim edirik (ANS).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm