
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə
Azərbaycan mədəniyyətinin inkişafında mühüm xidmətləri olan
görkəmli bəstəkar, əməkdar incəsənət xadimi, xalq artisti,
professor Ramiz Mirişlinin 80 illik yubileyinə həsr edilmiş tədbir
keçiriləcək.
Tədbir 15 aprel, saat 14.00-da G.Şaroyev adına 35 saylı 11 illik
Uşaq Musiqi Məktəbinin akt zalında təşkil olunacaq.
baku-art.az