Xatirə 15 min manatlıq gəlinlik paltarını satır - FOTO
Bizi izləyin

Tabloid.az

Xatirə 15 min manatlıq gəlinlik paltarını satır - FOTO

Müğənni Xatirə İslam gəlinlik libasını satışa çıxarıb. Bu haqda müğənni özü xəbər verib.

Müğənni Xatirə İslam gəlinlik libasını satışa çıxarıb. Bu haqda müğənni özü xəbər verib.

“Gəlinlik libasım çox dəyərlidir, amma həcmi böyükdür. Evdə yer tutur. Düşündüm ki, onu bundan sonra nə edəcəm? Vaxt keçdikcə dəbdən də düşür. O qədər pul vermişəm, xarab olur. Heyfim gəldi, ona görə də satmaq qərarına gəlmişəm. Mənə necə düşərli oldusa, yeni sahibinə də o cür uğur gətirəcək” - deyə sənətçi bildirb.

Qeyd edək ki, Xatirə İslam açıqlamasında gəlinlik libasını xüsusi tikdirdiyini və onun üçün 15 min manat xərclədiyini bildirmişdi. /Axşam.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm