Amaliya Pənahova film biznesinə qoşuldu - Özəl
Bizi izləyin

Tabloid.az

Amaliya Pənahova film biznesinə qoşuldu - Özəl

Xalq artisti Amaliya Pənahova film biznesində də özünü sınayacaq.

Bu barədə “Axar.az”ın əməkdaşı məlumat əldə edib.

Xalq artisti bu xəbərin doğru olduğunu təsdiqləyib:

“Yeni yaradacağım prodakşn film sahəsinə aid olacaq. Yaxın günlərdə hamının xəbəri olacaq”.

Amaliya Pənahova yeni yaratdığı prodakşn haqqında danışarkən bildirdi ki, bu barədə hələ ki, mətbuata ətraflı məlumat vermək istəmir və yaxın günlərdə AFP-nin cəmiyyətə tanıtımı üçün mətbuat konfransı keçirəcək:

“Yeni prodakşnı bir neçə müddət sonra sizlərə təqdim edəcəyik. Ayın sonuna qədər lazım olan işləri görüb başa çatdırmağı planlaşdırırıq”.

Xalq artisti yeni prodakşnın abreviaturasındakı birinci hərfin Amaliya sözü olmasına da aydınlıq gətirdi:

“Yeni layihəmizin adı olan AFP-nin mənası Amal Film Prokdaşn deməkdir. “A” Amaliya deyil. İnşallah sizləri də dəvət edərik. Mətbuat konfransında daha ətraflı məlumat veriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm